Məktəbdə “Pis vərdişlərdən və zərərli maddələrdən uzaq olaq” mövzusunda tədbir keçirildi

Məktəbdə 25 oktyabr 2019-cu il tarixdə “Pis vərdişlərdən və zərərli maddələrdən uzaq olaq” mövzusunda tədbir keçirildi. Tədbiri məktəbin direktoru Nailə Məmmədiva açaraq məktəblilərə siqaret, alkoqol, narkomaniya kimi ziyanlı vərdişlər haqqında ümumi və geniş məlumat verdi. Bildirdi ki, məqsəd gəncləri siqaret, alkoqol, narkomaniya kimi zərərli vərdişlərdən uzaq tutmaq və bu istiqamətdə maarifləndirmə işini təşkil etməkdən ibarətdir. Tədbirdə çıxış edən məktəbin biologiya müəllimi Ellada Məmmədova bildirdi ki, siqareti hər bir şəxs tərgidə bilər, bunun üçün heç bir vasitədən istifadə etmək lazım deyil. İnsan iradəsi bu pis vərdişi davam etməmək üçün ən yaxşı vasitədir. Əgər siqaret çəkən şəxs özündə iradə, özünəinam hiss edərsə, bunun öhdəsindən asanlıqla gələ bilər və siqaretdən birdəfəlik yaxa qurtarar. Tədbirdə “Siqaretin zərərləri” haqqında qisametrajlı film nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi