İlin son pedaqoji şurası keçirildi

187 nömrəli tam orta məktəbdə ilin son pedaqoji şurası keçirildi

2024–2025-ci tədris ilinin yekunlarına həsr olunmuş ilin son pedaqoji şurası 187 nömrəli tam orta məktəbdə keçirildi.

Şura iclasında tədris ilinin nəticələri təhlil olundu, buraxılış siniflərinin ümumi göstəriciləri, müəllim və şagird nailiyyətləri, məktəbin fənn və ictimai fəaliyyətləri dəyərləndirildi. Eyni zamanda növbəti tədris ili üçün prioritet istiqamətlər, qarşıda duran vəzifələr və inkişaf hədəfləri müəyyənləşdirildi.

Direktor Gülnarə Hənifəyeva kollektivə il ərzində göstərdikləri əzm və fədakarlığa görə təşəkkürünü bildirdi, müəllimlərə gələcək fəaliyyətlərində uğurlar arzuladı.

İclasın sonunda məktəbin fəallığı ilə seçilən əməkdaşları da təltif edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi