Məktəblilər Sabunçu Gənclər Mərkəzi ilə tanış olublar

5 mart 2019-cu il tarixdə məktəbin X sinif şagirdləri Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki Gənclər Mərkəzində ekskursiyada oldular. Mərkəzdəki ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş muzey şagirdlərin böyük marağına səbəb oldu. Məktəblilər mərkəzdə yaradılan gənclərin inkişafı və asudə vaxtlarının səmərəli təşkili üçün foto, rəsm, dizayn və poliqrafiya studiyaları, fortepiano, rəqs və intellektual oyun zalları ilə yaxından tanış oldular. Burada, həmçinin kiçik konfrans zalı, gənclik kafesi, kompüter, xarici dil kursları, linqafon kabineti, şahmat otağı, virtual sinif otağı da fəaliyyət göstərir. Mərkəzdə 90 yerlik kinozal və elektron kitabxana da gənclərin ixtiyarına verilib. Sabunçu Gənclər Mərkəzində yaradılan şərait, eləcə də Mərkəzin fəaliyyəti ilə bağlı ətraflı təqdimat məktəblilərə unudulmaz təəssürat bağışladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi