Məktəbdə “Bizim qəhrəmanlar” adlı tədbir keçirildi

   Məktəbin V sinif şagirdlərinin iştirakı və ədəbiyyat müəllimi Fəxriyyə Məlikovanın rəhbərliyi ilə vətənpərvərlik mövzusunda tədbir keçirildi. Tədbirdə əvvəlcə Azərbaycanın Dövlət himni səsləndirildi. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan vətən övladlarının ruhu bir dəqiqəlik sükutla yad edildi.

   Sonra F.Məlikova  Azərbaycan gəncliyinin vətənpərvər ruhda böyüməsində dövlətimizin apardığı siyasətdən danışdı. O, yeniyetmə və gənclər arasında vətənpərvərlik tərbiyəsinin inkişafının aktual məsələ olduğunu, bu istiqamətdə məktəblilər arasında maarifləndirmə işlərinin aparılmasının vacibliyini bildirdi.

   Sonda şagirdlər kiçik kompozisiya ilə çıxış etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi