Uşaqlarda heyvan sevgisi

   Heyvanlar insanlara sadiq, çox yaxşı dost olurlar. Xüsusi öyrədilmiş ev heyvanları sahiblərini və yaşadıqları yeri qoruyurlar. Heyvanlar aləmi çox müxtəlif və zəngindir. Hər bir heyvan fərqli rənglərə, xüsusiyyətlərə, şəkillərə malikdir və uşaqlar bunları kəşf etməyi çox sevir. Bu uşaqlarda araşdırma, analiz etmə, münasibət qurmaq, problem həll etmə və s. bacarıqların inkişafına köməkçi olur. Həyatımızın ayrılmaz hissəsi və ən yaxın dostlarımız olan heyvanlar, uşaqların inkişafında da mühüm rol oynayır. Heyvanlarla qurulan əlaqə, uşaqların yoldaşlıq hissinin inkişafına müsbət təsir edir.

   Məhz bu baxımdan bu gün sinif müəlliməsi Zenfira müəllimə şagirdləri ilə birlikdə Bakı kontakt Zooparkında oldular. İkincilər zooparkda olan heyvanları bəsləyib, onlar haqqında ətraflı məlumat əldə etdilər. Uşaqlar həmçının mərkəzin əyləncə bölümündə də maraqlı vaxt keçirdilər. Unutmayın ki, heyvanları sevməyən insanlar insanları da sevə bilməzlər. Bunun təməlləri uşaqlıqda qoyulur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi