MƏKTƏBİN III SİNFİNDƏ ÜZEYİR HACIBƏYOVA HƏSR OLUNMUŞ DƏRS KEÇİRİLDİ

10 fevral 2016-cı il tarixində III sinifdə Azərbaycanın dahi, əvəzolunmaz musiqi xadimi, bəstəkar Üzeyir Hacıbəyovun həyat və yaradıcılığına həsr olunmuş dərs keçirildi. Sinif müəllimi Əhmədova Aynur Azərbaycanın dahi, əvəzolunmaz musiqi xadimi, bəstəkar Üzeyir Hacıbəyovun həyat və yaradıcılığı, onun Azərbaycan xalqına verdiyi böyük tövhələrdən danışdı. O, dahi bəstəkarın “Koroğlu”, “Arşın mal alan”, “Leyli və Məcnun”, “O olmasın bu olsun” operalarından fraqmentlər səsləndirərək şagirdlərini bu ecazkar musiqilərlə tanış etdi. Dərs Bülbülün ifasında Üzeyir Hacıbəyovun “Sevgili canan” mahnısı ilə yekunlaşdı.