Dövlət Bayrağı Günü münasibətilə ekskursiya təşkil olundu

9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə məktəbimizin ibtidai sinif müəllimi Vüsalə Əsədullayeva  öz sevimli IV sinif şagirdləri  ilə birgə Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə gül dəstələri qoydular. Sonra dördüncülər Azərbaycan İstiqlal Muzeyində oldular. Şagirdlər muzeydə Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlı maraqlı eksponatlar və tarixi portretlərlə tanış oldular. Muzeyin əməkdaşı tərəfindən şagirdlərə Azərbaycan Xalq Cümhuriyyətinin tarixi haqqında maraqlı məlumatlar verildi. Təşkil olunmuş ekskursiyanın məqsədi tariximizi məktəblilərə daha ətraflı və dolğun şəkildə çatdırmaq, bugünkü tarixi qoruyaraq gələcək nəsillərə miras qoymağa kömək etməkdir. Sonda xatirə şəkilləri çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi