Tələbə adınız mübarək!

2017-2018-ci tədris ilində məktəbi 122 məzun bitirmişdir. Onlardan 100 nəfəri ali məktəblərə sənəd verib.  1 nəfər 600-dən yuxarı: - Əkbərzadə Ruslan Hicran oğlu,  9 nəfər isə 500-dən yuxarı bal toplamışlar1. Həsənova Sevinc Elşad qızı, 2. Nöhbaliyev Şəmsi Müşviq oğlu, 3. Təhməzli Ayan Əfqan qızı, 4. Məmmədzadə Şəfiqə Taleh qızı, 5. Əlibabalı Aysel Mirzəbala qızı, 6. Baxşiyeva Könül Akif qızı, 7. Əhmədova Günel İlqar qızı, 8. Həsənli Aytən Elçin qızı, 9. Quliyeva Günay İbrahim qızı.  Məktəbin tam orta təhsil səviyyəsini xüsusi nailiyyətlərlə başa vuran 9 məzunu – Əhmədova Ayan İqbal qızı, Baxşiyeva Könül Akif qızı, Əhmədova Günel İlqar qızı, Həsənli Aytən Elçin qızı, İsmayılzadə Fidan Rövşən qızı, Məmmədzadə Şəfiqə Taleh qızı, Zeynalova Malikə Malik qızı, Abusalamova Şəfiqə Elçin qızı, Əlibabalı Aysel Mirzəbala qızı tam orta təhsil haqqında fərqlənmə attestatına layiq görülmüşlər. Tələbə adını qazanan bütün məzunlarımızı təbrik edirik,  onlara gələcək həyatlarında daha böyük uğurlar arzulayırıq.  Əziz məzunlarımız qarşıda sizi ciddi sınaqlar, böyük işlər, yeni vəzifələr və yeni uğurlar gözləyir. İnanirıq  ki, bir çoxlarınız  dünyanın hər bir nöqtəsində vətənimizi -  doğma Azərbaycanımızı layiqincə təmsil edəcəksiniz.  Unutmayın ki,  harada olmağınızdan asılı olmayaraq, doğma vətənimiz Azərbaycan hər yerdə və həmişə sizinlədir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi