Məktəbdə Bayraq Günü münasibətilə tədbir keçirildi.

Bu gün məktəbimizdə 9 noyabr Bayraq gününə həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Nailə Məmmədova tədbir iştirakçılarını Bayraq günü münasibətilə təbrik etdi. O, öz çıxışında bildirdi ki, dövlət Bayrağı ölkənin dövlət rəmzlərindən biridir. Dövlət bayrağı hər birimiz üçün Vətən, millət və dil qədər müqəddəsdir. Sinif müəllimi Validə Qədimovanın təşkilatçılığı ilə hazırlanan tədbirdə birincilər şeirlər söyləyib, mahnılar oxuyub, rəqs etdilər.