MÜƏLLİMLƏRİMİZİN NƏSİRƏDDİN TUSİ ADINA ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASINA SƏFƏRİ

14 may 2017-ci il tarixində məktəbimizin bir qrup müəllim heyəti üçün Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına ekskursiya təşkil olundu. Ekskursiya proqramı çərçivəsində müəllimlər əvvəlcə Mirzə Ələkbər Sabirin ev muzeyini zayarət etdilər. Bələdçi muzeyin yaradılmasında və fəaliyyətində Şamaxı ziyalılarından Ə.Səfərovanın, A.Alcanovun, M.Namazovun, M.Məmmədovun, İ.Quliyevanın, R.Xəlilzadənin və başqalarının əməyinin olmasını xüsusilə qeyd etdi. M.Ə.Sabirin uşaqlıq, təhsil illərinə, səyahətlərinə aid eksponatlar və şairin sabun bişirdiyi tianın maketi, digər salonlarda XIX-XX əsrlərə aid məişət əşyaları, muzeyə verilən hədiyyələr, Sabirin müasirlərinin şəkilləri, tədqiqatçılarının əsərləri, “Molla Nəsrəddin” jurnalının nümunələri və s. eksponatlar haqqında müəllimlərə genış məlumat verildi. Sonra Pirqulunun gözəl təbiətini gəzib, rəsədxananın Astronomiya Muzeyini seyr edib, alimlərin iş şəraiti ilə tanış oldular. Müəssisənin bələdçisi müəllim heyətini salamlayaraq onlara astronomiya elmi, rəsədxana, teleskop və göy cisimləri haqqında geniş məlumat verdi. Muzeyin eksponatları sırasında 1959-cu il noyabrın 27-də Yardımlı rayonu ərazisinə düşmüş, tərkibi 92 faiz dəmir olan 127 kiloqramlıq meteorit müəllimlərimizin xüsusi marağına səbəb oldu. Sonda bələdçi müəlimlərə Günəş sistemi, o cümlədən qalaktika, ulduz və planetlərdən ətraflı bəhs etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi