“Oriqami” Uşaq və Yeniyetmələr İctimai Birliyi şagirdlərlə görüş keçirdi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il kiçik qrant müsabiqəsi çərçivəsində “Oriqami” Uşaq və Yeniyetmələr İctimai Birliyi 15 may 2025-ci il tarixində məktəbdə “Yeniyetmələrə yol hərəkətinin təhlükəsizliyi, piyada mədəniyyətinin aşılanması” layihəsinin təqdimatını təşkil etmişdir.
Təqdimatın keçirilməsi üçün məktəbin kitabxanasında əvvəlcədən xüsusi hazırlıq işləri görülmüş, qiraət zalına əlavə masalar və stullar düzülmüşdür. “Oriqami” təşkilatı layihənin loqolu rolapını çap etdirmiş, masaların üzərinə layihə barədə atributlar – kiçik formatlı loqolu məlumat lövhələri və tədbirə dair digər məlumat daşıyıcıları yerləşdirmişdir. Bunlar arasında loqolu, təsvirli iştirakçı sertifikatı, diplom, vımpel nümunələri də yer alırdı. Təqdimat iştirakçılarının qeydiyyatı təşkil olunmuşdu.
“Yeniyetmələrə yol hərəkətinin təhlükəsizliyi, piyada mədəniyyətinin aşılanması” layihəsinin təqdimatını məktəbin direktor vəzifəsini müvəqqəti icra edən Elnarə Həsənova hər bir şagirdin fərdi təhlükəsizliyinə istiqamətlənmiş layihənin məktəblilər üçün əhəmiyyətini vurğulamışdır. Daha sonra layihənin rəhbəri N. Nəcəfov layihənin donoru, məqsədi, ünvanlandığı hədəf qrupu, müddəti və icra məkanı barədə geniş məlumat vermiş, pedaqoji kollektivin üzvləri və könüllülük prinsipi əsasında layihəyə qoşulmuş məktəblilərin suallarını cavablandırmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi