"Bir səhifədən doğulduq"adlı tədbir keçirildi

26 may 2025-ci il tarixdə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Lalə Ələkbərovanın təşkilatçılığı ilə “Bir səhifədən doğulduq” adlı mütaliə tədbiri keçirildi. Tədbirin məqsədi şagirdlərdə mütaliə vərdişlərinin artırılması idi. Şagirdlər oxuduqları əsərləri təqdim etdilər, sevdikləri qəhrəmanların obrazlarında çıxışlar etdilər. Sonda iştirakçılar diplomlarla mükafatlandırıldı.