Məktəbdə təhlükəsiz mühitin yaradılması məqsədilə nəzarət tədbirləri keçirildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 09 aprel 2024-cü il tarixli təlimatına əsasən şagirdlərin, müəllimlərin və məktəb kollektivinin digər üzvlərinin özlərini fiziki, psixoloji və sosial baxımdan sərbəst hiss etmələri üçün məktəbdə 19 aprel 2024-cü il tarixdə təhlükəsizlik günü elan olundu. Bununla bağlı olaraq məktəbin direktor vəzifələrini icra edən Gülnarə Məmmədova, təlim-tərbiyə işləri üzrə direktor müavinləri Elnarə Həsənova, Turan Cəbiyeva, təsərrüfat işləri üzrə direktor müavini İradə Orucova və UBR Xəyalə Məhərrəmova normal iş ahənginin qurulması və mövcud qanunvericiliyin tələblərinin şərtlərinə riayət edilməsi məqsədilə məktəbdaxili monitorinq keçirildi. Təhlükəsizlik tədbirləri ilə bağlı mühafizəçilərin işi yaxından maraqlanıldı. Onlara məktəbin mühafizəsi ilə bağlı işlərin daha da gücləndirilməsi, məktəbə kənar şəxslərin buraxılmaması ilə bağlı göstərişlər verildi. Bir çox siniflərdə şagirdlərin çantalarına baxış keçirildi. Mərtəbələr üçün təyin edilmiş gündəlik növbətçi müəllim və inzibati işçilərin işi ilə tanış olundu. Sanitar qovşaqlarda təmizliyə baxış keçirildi. İbtidai siniflərdə məktəbin direktor vəzifələrini icra edən Gülnarə Məmmədova  tibb bacısı Əzizə Həsənova ilə birgə şagirlərin geyim, saç və dırnaqlarına baxış keçirdi.

Məktəbin direktor vəzifələrini icra edən Gülnarə Məmmədova və TİDM İradə Orucova tərəfindən məktəbin yeməkxanasına baxış keçirildi və qidaların saxlanma şəraiti ilə maraqlanıldı. Məktəbin direktor vəzifələrini icra edən Gülnarə Məmmədova psixoloqlar Arzu Əliyeva və Aytac Həsənova, ibtidai sinif müəllimləri, yuxarı siniflərin sinif rəhbərləri ilə ayrı-ayrılıqda görüşüb təhlükəsizlik qaydalarının gücləndirilməsi istiqamətində söhbət apardı və onların hesabatını dinlədi.

Bu tədbirlərin görülməsində məqsəd məktəbdə təhsil alanların təhlükəsizliyinin təmin edilməsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi