Yaşıl dünya naminə həmrəylik ili elan edilməsi ilə bağlı məktəbdə biologiya fənni üzrə ətraf mühitin qorunmasına dair məşğələ keçirildi

    18 aprel tarixində 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə bağlı məktəbdə "Dünyamızı sevək, qoruyaq" adlı məşğələ keçirildi. Məktəbin biologiya müəllimi Cəfərova Günelin 5g  sinif şagirdləri ilə hazırladığı ətraf mühitin qorunmasına həsr olunmuş məşğələdə şagirdlərə ətraf mühitin çirklənmə səbəbləri, çirklənmənin qarşısının alınması üçün hansı tədbirlərin görülməli olduğu izah olundu. 5-ci sinif şagirdləri ətraf mühitin qorunması üçün fikirlərini səsləndirdilər. Qrupların hazırladığı səhnəciklər nümayiş olundu. Şagirdlərin hazırladığı maket və rəsmlər xüsusi diqqət çəkdi. 

    Məşğələnin keçirilməsində məqsəd şagirdlərə təbiətə sevgi aşılamaq, dünyamızı qorumaq, gələcək nəsillərə təmiz dünya miras qoymaq.    

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi