Məktəbdə Azərbaycan İlahiyyat İnstitutunun əməkdaşları ilə məktəblilərin görüşü keçirildi

    Məktəbdə 1 aprel 2024-cü il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin  təşkilatçılığı ilə Azərbaycan İlahiyyat İnstitutunun əməkdaşları ilə görüş keçirildi. Görüşdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi, Azərbaycan İlahiyyat İnstitutunun əməkdaşları, Nardaran, Bilgəh, Maştağa qəsəbələrinin məktəb direktorları və IX-XI sinif şagirdləri iştirak etdi. Məktəbin direktoru vəzifəsini icra edən Gülnarə Məmmədovanın və Dini Qurumlarla İş üzrə Dövlət komitəsinin nümayəndəsi Rəşadət Hidayətovun nitqi ilə görüş açıq elan edildi. Görüşdə dinin həyatımızda rolu, onun insanları elmə, təhsilə yönəldən dərin fəlsəfəsi olduğu haqqında danışıldı. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Azərbaycan İlahiyyat İnstitutunun tanıtım video çarxı nümayış olundu. Azərbaycan İlahiyyat İnstitutunun Elm və İnnovasiyalar üzrə prorektoru Mirniyaz Mürsəlov və Azərbaycan İlahiyyat İnstitutunun rektor köməkçisi Emin Orucov Azərbaycan İlahiyyat İnstitutunun yaradılması məqsədi, fəaliyyəti, təhsil imkanları barədə görüş iştirakçılarını məlumatlandırdılar. Sonda suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi