"Yaşıl dünya naminə həmrəylik ili" layihəsi çərçivəsində açıq havada dəyirmi masa keçirildi

29 mart 2024-cü il tarixində məktəbdə "Yaşıl dünya naminə həmrəylik ili" layihəsi çərçivəsində tədbirlər planına uyğun olaraq açıq havada dəyirmi masa keçirildi. Məktəbin biologiya müəllimi Məmmədova Ellada tərəfindən şagirdlərin ekoloji fəaliyyətə və tədqiqata cəlb edilməsi istiqamətində keçirilən dəyirmi masada 7ç sinif şagirdləri ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi barədə müxtəlif fikirlər səsləndirdi. Şagirdlərin ən çox marağını cəlb edən mövzu kağız məhsullarının və plastik əşyalarln düzgün istifadəsi və təkrar emal edilməsi oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi