Məktəbdə "Baharın bizə bəxş etdikləri" adlı tədbir keçirildi

19 mart 2024-cü il tarixdə C.Cabbarlı adına 187 nömrəli tam orta məktəbdə “Dəyərlərimizi qoruyaq” çərçivəsində ölməz sənətkar, dramaturq Cəfər Cabbarlıya və Novruz adət və ənənələrinə hərs olunmuş “Baharın bizə bəxş etdikləri” adlı bayram tədbiri keçirilmişdir. Tədbirdə şəhid anaları və qazilər, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin əməkdaşları , Maştağa Mədəniyyət evinin rəhbəri Tofiq Dadaşov, 28 saylı Sabunçu Seçki dairəsinin  sədri Hacıbala Babayev, məktəbin təqaüddə olan qocaman müəllimləri Nizami Məmmədov, Şəfiqə Nuriyeva iştirak etdilər. İlk növbədə tədbir Azərbaycan Dövlət Himni ilə başladı, daha sonra isə Vətən uğrunda canını fəda etmiş oğullarımızın xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Məktəbin direktoru Gülnarə Məmmədova gələn qonaqları salamladı və tədbiri açıq elan etdi. İlk öncə tədbir illərlə davam etmiş ənənəyə uyğun olaraq şagirdlərin iştirakı ilə bahar oğlu Cəfər Cabbarlının həyatının əks etdirən səhnəcik və “Vəfalı Səriyyə” dramı nümayiş etdirildi, “Ana” və “Bahar” şeirləri səsləndirildi. Tədbir Bahar qızının, keçəl və kosanın gəlişi ilə davam etdi. Bayram əhval-ruhiyyəli tədbirimizə məktəbimizin istedadlı müəllimləri, inzibati işçi heyəti şagirdlərimizlə birgə çıxışları ilə rəng qatdılar. Tədbirin keçirilməsində məqsəd Azərbaycan xalqının dahi nümayəndəsi, xalqın milli, mənəvi dəyərlərimizin qorunması idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi