Məktəbdə Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tarix yarışı keçirildi

    Məktəbdə Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tarix fənni üzrə yarış keçirildi. 18 dekabr 2023-cü il tarixində VII siniflər arasında təşkil olunmuş yarışda 9 komanda iştirak etdi. Yarış Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı, daha sonra məktəbin direktoru vəzifəsini icra edən Gülnarə Məmmədova ulu öndər Heydər Əliyevin  həyat və fəaliyyəti haqqında məlumat verdi. Qeyd etdi ki, Azərbaycan xalqının həyatında misilsiz izlər buraxan dahi şəxsiyyətin həyat və fəaliyyətinin öyrənilməsi və öyrədilməsi hər birimizin borcudur. 

    Yarışın hər mərhələsində 15 sualdan istifadə olundu. Yarış  2 mərhələdən ibarət idi. 7c sinfinin şagirdləri yarışın qalibi oldu. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi