Bakı Zooloji Parkında dərs-ekskursiya keçirildi

    Bakı Zooloji Parkında 1b, 6ə, 7c, və 7ç sinif şagirdlərinin iştirakı ilə Bakı Zooloji Parkında dərs-ekskursiyalar keçirildi. Məktəbin ibtidai sinif müəllimi Arzu Ağalorova, biologiya müəllimləri Elnurə Nəbiyeva və Əzizə İbrahimli təşkilatçılığı ilə təşkil olunmuş dərslərdə "Heyvanlar", "Heyvanlarda hərəkət və dayaq sistemi", "Heyvanların qidaalanması", "Heyvanlarda tənəffüs", "Məməlilər sinifi" mövzularında dərslər keçirildi. Dərs-ekskursiyaların təşkilində məqsəd şagirdləri canlılar aləmi ilə yaxından tanış etmək, onların mövzuları praktik öyrənməsini təmin etmək, dərsə marağını və Azərbaycanın flora və fauna barədə məlumatlılıq səviyyəsini artırmaqdan ibarətdir. Dərsin gedişində dərsə dair tədqiqat sualları qoyularaq müvafiq tapşırıqlar verildi. Ekskursiyalardan sonra şagirdlərə zoopark və oradakı heyvanlar barədə fikir və təəssüratlarını əks etdirən esse yazmaları tapşırıldı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi