“Bir ölüb, min dirilərik” adlı tədbir keçirildi

    16 noyabr tarixində Zəfər aylığı çərçivəsində məktəbin akt zalında məktəbimizin şəhid məzunu Vahid Ağayevin xatirə gecəsi keçirildi. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Gülcamal Hüseynlinin 8b sinif şagirdləri ilə təşkil etdiyi tədbirdə şəhid anaları, şəhidin sinif yoldaşları, müəllimlər və şagirdlər iştirak etdilər. Tədbir Dövlət Himninin səsləndirməsi ilə başlandı, vətən uğrunda canında keçən oğullar bir dəqiqəlik sükutla yad edildi. Şəhid haqqında şagirdlərin hazırladığı video-rolik nümayiş etdirildi. Gözəl kompozisiya ilə vətənpərvərlik duyğuları aşılandı. Şagirdlərin körpə qəlblərindən süzülüb gələn şeirlər, mahnılar iştirakçıları qürurverici günlərə qaytardı. Tədbir ağacəkmə aksiyası ilə başa çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi