"Hüquqlarımız" adlı dəyirmi masa keçirildi

    13 noyabr 2023-cü il tarixində 20oktyabr-20 noyabr tarixləri arasında "Uşaq hüquqları aylığı" ilə əlaqədar olaraq "Hüquqlarımız" adlı dəyirmi masa keçirildi. Məktəbin təsviri incəsənət müəllimi Səkinə Musayevanın təşkilatçılığı ilə keçirilən dəyirmi masada uşaq birliyi təşkilatı rəhbəri, təşkilatçı vəzifəsini müvəqqəti icra edən  Xəyalə Məhərrəmova,  psixoloq Arzu Əliyeva iştirak etdi. V sinif şagirdləri yaşamaq, təhsil olmaq, söz azadlıqları və digər hüquqları haqqında fikirlərini səsləndirdilər.  Dəyirmi masada qeyd olundu ki, uşaq hüquqları xüsusi diqqət ayrılan sahələrdən biridir. Uşaqların hər birin dövlətin gələcəyidir. Uşaq hüquqları dövlətimizin daima nəzarəti altında fəaliyyət göstərir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi