Reproduktiv sağlamlıq məşğələləri

12 , 21 oktyabr 2023-cü il tarixlərində məktəbdə VIII və IX sinif şagirdlərinin valideynləri ilə iclas keçirildi. İclasın məqsədi cari tədris ilində tədris olunacaq Reproduktiv sağlamlıq məşğələləri barədə valideynləri məlumatlandırmaq idi. İclasda məktəbin direktor vəzifəsini icra edən Gülnarə Məmmədova, məktəbin psixoloqu Arzu Əliyeva, təşkilatçı vəzifəsini müvəqqəti icra edən Xəyalə Məhərrəmova, məktəbin həkimi İlkanə Xudaverdiyeva, biologiya müəllimləri Elnurə Nəbiyeva, Nurlana Ağayeva çıxış etdilər.
Sonda valideynlərin sualları cavablandırıldı.