Milli idman növlərinin tarixi

    İdmansevənlər layihəsi çərçivəsində həyata keçirilən tədbirlər planına əsasən məktəbdə oktyabrın 20-də Milli idman növlərinin tarixi haqqında şagirdlərin maarifləndirilməsinə həsr olunmuş “Milli idman növlərinin tarixi” adlı dərs keçirildi. Məktəbin fiziki tərbiyə müəllimi Mehriban Əliyeva şagirdlərə covqan, gizlənqaç, zorxana idman oyunları haqqında ətraflı məlumat verdi. Qeyd etdi ki, 2017-ci ildə Bakı şəhərində keçirilən İslam Həmrəyliyi Oyunlarından sonra Azərbaycanda Zorxana Federasiyası yaradılıb.  

    Mehriban Əliyeva Maştağa pəhləvanları barədə şagirdləri məlumatlandırdı. Altıaylıq ləqəbi ilə tanınan pəhləvan Əbdül Əlinin həyat və fəaliyyəti şagirdlər tərəfindən maraqla qarşılandı. Milli güləşimizin inkişafı  və güləşçilərimiz haqqında məlumat verildi.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi