”18 Oktyabr- Müstəqilliyin Bərpası Günü”nə həsr olunmuş tədbir keçirildi

    Məktəbdə ”18 Oktyabr - Müstəqilliyin Bərpası Günü”nə həsr olunmuş tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Məktəbin ibtidai sinif müəllimi Süsən Qulamovanın 0B və 4B sinif şagirdləri ilə təşkil etdiyi tədbirdə əvvəlcə bu günün tarixi barədə məlumat verildi. Daha sonra şagirdlər şeir və mahnılar səsləndirdilər. Tədbirdə çıxış edən məktəbin direktor vəzifəsini icra edən Gülnarə Məmmədova qeyd etdi ki, 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev dövlət müstəqilliyimizi əbədi və dönməz etmişdir. Onun rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttinə qədəm qoymuşdur. Bu gün müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirməsi istiqamətində səyləri cənab Prezident İlham Əliyev uğurla davam etdirir. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi