"Müstəqilliyin Bərpası Günü”nə həsr olunmuş dəyirmi masa keçirildi
18 oktyabr 2023-cü il tarixində məktəbdə “Müstəqilliyin bərpası Günü” nə həsr olunmuş dəyirmi masa keçirildi. Məktəbin tarix müəllimi Gülnarə Əliyevanın rus bölməsi üzrə 9-cu sinif şagirdləri ilə təşkil etdiyi dəyirmi masada məktəbin, təlim - tərbiyə işləri üzrə direktor müavinləri Turan Cəbiyeva, Elnarə Həsənova, uşaq birliyi təşkilatı rəhbəri Xəyalə Məhərrəmova iştirak etdi. Dəyirmi masada qeyd edildi ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan daha çətindir. Azərbaycan xalqı 1990-cı illərin əvvəllərində yenicə bərpa etdiyi müstəqilliyini itirmək təhlükəsilə üz-üzə qaldığı ağır günlərdə qətiyyət nümayiş etdirərək öz taleyinə sahib çıxmağı bacardı. Çox sevindirici haldır ki, bu əlamətdar günü indi Azərbaycan xalqı Şuşada, Xankəndində, Xocalıda qeyd edir.