Ömrünü təhsilə həsr etmiş müəllimlər

Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar məktəbin direktor vəzifəsini icra edən Gülnarə Məmmədova 65 yaşı tamam olmuş müəllimlərimiz: Səfərova Nərgiz, Cəfərova Tubu, Damət-zadə Yeganə, Babayeva Əzizə, Həsənova Solmazı təşəkkürnamə ilə təltif etdi. Gənc nəslin təlim-tərbiyəsində əvəzsiz xidmətinə görə təltif edilən müəllimlərimiz göstərilən diqqətə görə təşəkkürlərini bildirdilər. 9C sinif şagirdləri müəllimləri üçün öz mahnılarıını səsləndirdilər.