"Şəhidlər xiyabanı and yerimizdir, Şəhidlər qürur mənbəyimizdir" adlı tədbir

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 07.09.2021-ci il tarixli F-129 və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-191 nömrəli əmrinə əsasən Cəfər Cabbarlı adına 187 nömrəli tam orta məktəbin 2023-2024-cü tədris ili ərzində 27 sentyabr- Anım Gününə həsr olunmuş tədbirlər planına əsasən sentyabrın 27-də “Şəhidlər xiyabanı and yerimizdir, Şəhidlər qürur mənbəyimizdir” adlı tədbir təşkil olunmuşdur. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Babayeva Aytəkinin IXB sinif şagirdləri ilə hazırladığı tədbirdə əvvəlcə məktəblilər 2020-ci il 27 sentyabrda Ermənistanın ölkəmizə qarşı başlatdığı növbəti hərbi təcavüzünə cavab olaraq, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda apardığı Vətən müharibəsi haqqında məlumat verdilər. Qəhrəmanlığı, şücaəti, fədakarlığı dastana çevirilmiş şəhidlərimizə həsr olunmuş döyüş səhnələri nümayiş etdirildi. Şəhidlərimizə həsr olunmuş şeir və mahnılar səsləndirildi. Dördüncü sinif şagirdləri də öz şeir və mahnıları ilə çıxış etdilər.