C.Cabbarlının həyat və yaradıcılığına həsr olunmuş açıq dərs keçirildi

24 fevral 2022-ci il tarixdə məktəbin ibtidai sinif müəllimi Natəvan Ağayevanın rəhbərliyi ilə 3f sinfində Azərbaycan dili fənnindən açıq dərs keçirildi. Dərsin məqsədi prometan lövhəsiz sinifdə innovativ dərsin tətbiqini, müəllimin peşəkarlığını, şagirdlərin bilik səviyyəsini, müəllim-şagird münasibətlərini təhlil etmək idi. Dərsi dinləmək üçün məktəbin direktor vəzifəsini icra edən Gülnarə Məmmədova, təlim-tərbiyə işləri üzrə direktor müavini Vüsalə Əsədullayeva və bir neçə valideyn dəvət olunmuşdu. Dərsin mövzusu görkəmli şair dramaturq C.Cabbarlının həyat və yaradıcılığı haqqında idi. Motivasiya, qruplaşma, əyani vəsaitlər, məqsəd və qiymətləndirmə düzgün təşkil edilmişdi. Dərs bitdikdən sonra açıq dərsin müzakirəsi aparıldı. Dərs yüksək qiymətləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi