Məktəblilər “Duluzçuluq” master klasında oldular

Azərbaycanın zəngin qədim sənətləri bu gün də inkişaf etdirilir, nəsildən nəslə ötürülür. Onlardan biri də dulusçuluqdur. Duluzçuluq sənətinə olan maraq məktəbimizin 3-cü sinif şagirdlərinin yolunu bu dəfə Balaxani qəsəbəsində yerləşən “Balakhani Creative Center” MMC-nın sənətkarlıq emalatxanasından saldı. Əvvəlcə məktəblilərə gil qabların tarixi, insanların ilk dəfə olaraq gili bişirərək necə qablar duzəltdiyi barədə Azərbaycan Dövlət Rəssamliq Akademiyasinin dosenti, sənətşunasliq üzrə fəlsəfə doktoru, Azərbaycan Rəssamlar İttifaqinin üzvü Emin Ələkbərov ətraflı məlumat verdi. Bundan sonra dulusçuluq emalatxanasında hər kəs keramika ilə işləyərək öz əlləri ilə maraqlı fiqurlar duzəltdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi