Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirildi

26 fevral 2022-ci il tarixində məktəbdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin F-63 nömrəli əmri ilə təsdiq olunmuş "Xocalı soyqırımının otuzuncu ildönümü ilə bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı"na əsasən silsilə tədbirlərdən növbəti tədbir Xocalı soyqırımına həsr olunmuş tədbir oldu. Tədbir məktəbin tarix müəllimi Ruhəngiz Hacıyevanın təşkilatçılığı və şagirdlərin iştirakilə keçirildi. Tədbirdə məktəbin direktor vəzifəsini icra edən Gülnarə Məmmədova, təlim -tərbiyə işləri üzrə direktor müavini İffət Bədəlova, uşaqlarla məktəbdənkənar və sinifdənxaric işləri üzrə direktor müavini Nərmin Abbasxanova, AMEA folklor institutunun beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Vəfa Saleh, AMEA fəlsəfə institutundan Fəlsəfə elmləri doktoru, aparıcı elmi işçi Asya Əhmədova, 128 nömrəli tam orta məktəbin direktoru Sədaqət Əliyeva, 128 nömrəli tam orta məktəbin müəllimi Qızxanım Novruzova və şəhid anaları iştirak etdi. Tədbirdə qədim Azərbaycan torpağı olan Xocalıda ermənilərin törətdikləri vəhşiliklər nümayiş olundu, şagirdlər Xocalı soyqırımına, müharibəyə həsr olunmuş şeirlər söyləyib, mahnılar ifa etdilər. Xocalı soyqırımını əks etdirən video-çarx, sənədli filmlər tədbir iştirakçılarına təqdim olundu.