Əziz Şuşa, sən azadsan!

8 may Azərbaycanın dilbər guşələrindən biri, Qarabağ xanlığının tarixi paytaxtı Şuşanın işğal günüdür. 28 ildən sonra Şuşanın işğal gününü qalib tərəf kimi qeyd edirik. Şuşanın işğalı başımıza gələn müsibətlərdən biridir və tariximizin bu qara səhifəsini heç zaman unutmamalıyıq.

1b sinif şagirdləri ilə hazırladığımız tədbir də bu dəfə fərqli keçdi. İkinci Qarabağ müharibəsinin qaziləri Xalıqov Seyidəkbər, Haşımov Əli, Xudaverdiyev Əzim ilə onlayn görüşümüz oldu. Görüşdə uşaqlar qələbə şeirləri söylədilər, qazilərimiz isə çətin döyüş yollarından danışdılar. Sonda isə xəritə oyunu oynanıldı. Uşaqlar işğaldan azad olunmuş torpaqlarımızı tapıb Azərbaycan ərazisini birləşdirdilər. Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi