Mülki Aviasiya Muzeyi faşizm üzərində Qələbənin 76-cı ildönümü ilə bağlı məktəbin şagirdləri ilə birgə tədbir keçirdi

8 may 2021-ci il tarixdə “Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərən Mülki Aviasiya Muzeyi 9 May - faşizm üzərində Qələbənin 76-cı ildönümü ilə bağlı məktəbimizin şagirdləri ilə birgə onlayn formatda tədbir təşkil etdi. Tədbirə məktəbin VIII sinif rəhbərləri Mehriban Əliyeva və Xatun Xudaverdiyeva, həmçinin VIII sinif şagirdləri qatıldılar. Muzeyin əməkdaşı Elnaz Osmanova tədbir iştirakçılarına İkinci Dünya müharibəsi illərində Azərbaycan aviasiyasının rolu haqqında mühazirə oxudu. Həmçinin muzeyin fond materialları əsasında hazırlanmış “Azərbaycanın təyyarəçiləri Böyük Vətən müharibəsində” adlı onlayn sərgi tədbirdə nümayiş etdirildi. Məktəbin VIII sinif şagirdlərinin təqdimatında təyyarəçi Məzahir Abasova həsr olunmuş şeirlər səsləndirildi. Tədbir “Böyük Vətən müharibəsi azərbaycanlı rəssamların gözü ilə” adlı sərginin nümayişi ilə yekunlaşdı.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi