Risk qrupuna daxil olan siniflərdə təhsil alan şagirdlərin valideynləri ilə online görüş keçirildi

    25 fevral 2021-ci il tarixdə məktəbin psixoloqu Arzu Əliyeva RİSK qrupuna daxil olan sinilərdə təhsil alan şagirdlərin valideynləri ilə psixoloji maarifləndirici vebinar keçirdi. Vebinarda VII, VIII, IX siniflərin valideynləri iştirak edirdi.Vebinarın məqsədi bu siniflərdə təhsil alan şagirdlərin psixoloji vəziyyətində yeniyetməlik dövrünün yaratdığı çətinliklər və bu çətinliklərin aradan qaldırılmasında valideyn-övlad münasibətlərinin düzgün qurulmasının əhəmiyyəti barədə valideynləri məlumatlandırmaq idi. Məktəbin psixoloqu Arzu Əliyeva bu mövzuda valideynlərin bilməli olduğu önəmli bilgiləri valideynlərə çatdırdı. Sonda valideynləri maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi