Uğurlarınız daimi olsun!

Məktəbimizin ibtidai sinif müəllimləri Aynur Gözəlzadə, Aynurə Mikayılzadə, ingilis dili müəllimi Xatın Xudaverdiyeva və riyaziyyat müəllimi Gülnar Quliyeva Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı “Evdə qal, dərsdən qalma” Virtual Məktəb layihəsinin həyata keçirilməsində fəal iştirakına görə Sabunçu Rayon Həmkarlar Komitəsi tərəfindən təşəkkürnamə və hədiyyələrlə təltif olundular. Biz də həmkarlarımızı təbrik edir, Sabunçu Rayon Həmkarlar Komitəsinə öz təşəkkürümüzü bildiririk.