TORPAQ ÇƏRŞƏNBƏNİZ MÜBARƏK!

Novruz bayramının ən təntənəli mərasimləri çərşənbələr hesab olunur və məhz buna görə də əhali həmin günləri xüsusi təntənə ilə qeyd edirlər. Lakin bu çərşənbələrin içərisində daha böyük mərasimlər hazırlanan çərşənbə sonuncu hesab olunan Torpaq çərşənbəsidir. Bu çərşənbə öz xüsusiyyətlərinə və bayrama yaxın olduğuna görə daha çox sevilir və seçilir. Bununla yanaşı torpağın insana və bəşəriyyətə verdiyi bu nemətlər heç vaxt unudulmur. Ona görə də həmin günə Azərbaycan xalqı daha təmtaraqlı şəkildə hazılaşırlar. Torpaq çərşənbəsində süfrəmizin gözəl təamlarından olan paxlava, şəkərbura, qoğal və bir çox şirniyyatlar hazırlanır. Şirniyyatların süfrəyə qoyulması bütün ilin bərəkətli, ruzili və həmişə şirin keçməsini mənalandırır. Süfrəyə qoyulmuş səməni isə öz yaşıl görkəmi və belinə bağlanmış qırmızı lentlə daha çox diqqət cəlb edir. Həmin gün hamı deyib, gülür və insanlar evlərində xoş sözlər danışırlar.Əziz müəllimlərimiz, İlaxır çərşənbəniz mübarək! Qoy bu bahar gəlişi ilə evlərinizə bol ruzi bərəkət, sevinc və xoşbəxtlik gətirsin. Can sağlığı, sevgi və səadət gətirsin... bütün arzularınız gerçək olsun.... Tanrı hər şeyin ən gözəlini sizlərə nəsib etsin... Amin...
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi