Məktəbdə açıq dərs keçirildi

2019-2020-ci tədris ilinin fəaliyyət planına əsasən fevral ayında məktəbdə “Ana dili aylığı” keçirilir. Ana dili aylığı çərçivəsində Azərbaycan dili və ədəbiyyat müəllimi Aytəkin Babayeva VIII e sinfində açıq dərs keçirtdi. Açıq dərsin keçirilməsi prosesində məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Gülnarə Məmmədova və Azərbaycan dili və ədəbiyyat müəllimi Aynur Heydərova iştirak etdilər. Şagirdlər hazırladıqları divar qəzetlərini və təqdimatları nümayiş etdilər. Açıq dərsdə Beynəlxalq Ana Dili Günü kimi qeyd olunmasının tarixindən danışıldı, dilimizin keçdiyi inkişaf mərhələlərinə nəzər salındı. Sonda müəllim şagirdlərin mövzunu necə qavramasını yoxlamaq məqsədilə onlara konkret suallar verib və dərsin gedişatı prosesində nəticələri qiymətləndirdi.