Mikayıl Müşfiqin yaradıcılığına həsr olunmuş tədbir keçirildi

        27 dekabr 2019-cu il tarixdə “Mədəniyyətimiz-milli sərvətimizdir”  layihəsi çərçivəsində ibtidai sinif müəllimi Rəna Nəcəfovanın təşkilatçılığı ilə görkəmli Azərbaycan yazıçısı və şairi Mikayıl Müşfiqin yaradıcılığına həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş  sözü ilə aşan sinif müəllimi qeyd etdi ki, Mikayıl Müşfiq şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığı isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinədir. Tədbirdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavinləri Turan Cəbiyeva, Nigar Xəlilova və Gülnarə Məmmədova çıxış edərək, şairin həyat və yaradıcılığının müxtəlif istiqamətlərindən, sənətkarın dram, nəsr əsərlərindən, şeir və tərcümələrindən ətraflı danışdılar. Məktəbin rus bölməsinin IV sinif şagirdləri ədəbi bədii kompozisiyada nakam şairin yaradıcılığını əhatə edən şeirlər söylədilər, M.Müşfiqin şeirlərinə yazılmış mahnılar ifa etdilər. Sonda şairin həyat və yaradıcılığına həsr olunmuş filmdən bir parça nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi