“Heydər babanın nəvələriyik” adlı tədbir keçirildi

12 dekabr xalqımızın Ümummilli lideri, adını tarixə qızıl hərflərlə yazmış, əbədiyaşar Ulu öndər Heydər Əliyevin anım günüdür. Bu böyük şəxsiyyət müasir Azərbaycan dövlətinin memarı və qurucusu olmuşdur. Görkəmli dövlət xadimi Heydər Əliyevin möhtəşəm fəaliyyətində təhsil məsələləri xüsusi yer tuturdu. Ulu öndərimiz xalqın tərəqqisində təhsilin əhəmiyyətini vurğulayırdı. “Təhsil sahəsi xalqımızın bu günü, millətimizin, dövlətimizin gələcəyi üçün ən vacib sahədir”- deyən müdrik rəhbər təhsilin inkişafı üçün əvəzsiz xidmətlər etmişdir. Ümummilli  lider  Heydər Əliyevin anım günü münasibətilə məktəbin I sinif şagirdləri kiçik kompozisiya ilə çıxış etdilər. Şagirdlər Ulu öndər Heydər Əliyevə, vətənə, bayrağa həsr olunmuş şeirlər səsləndirdilər. Tədbirin sonunda məktəblilər “Heydər babanın nəvələriyik” mahnısını ifa etdilər.

 

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi