"Bahar çələngi" adlı tədbir

    181 nömrəli tam orta məktəbin 2 C sinif şagirdlərinin və valideynlərin iştirakı ilə keçirilmiş tədbir izləyənlərə əsl Novruz ab-havası yaşadıb. Fərzəliyeva Hicranə müəllimin rəhbərlik etdiyi sinfin şagirdləri tədbir boyunca deyişmə, papaqatdı, qodu-qodu, qulaq falı kimi qədim adətləri özündə ehtiva edən səhnəciklər,ifalar, rəqs nömrələri nümayiş etdiriblər. Milli - mənəvi dəyərlərimizi özündə cəmləşdirən bayram tədbirinə Kosa və Keçəl obrazlarının kompozisiyası, Bahar qızının çıxışı xüsusi rəng qatıb. Bayram süfrəsinə Novruz adət-ənənəsini simvolizə edən nemətlər də düzülüb.

    Tədbirin keçirilməsində başlıca məqsəd min illər əvvəl formalaşan milli dəyərlərimizi bu gün də yaşatmaq, gələcək nəsillərə ötürmək, xalqın keçmişi ilə bağlılığını möhkəmləndirmək olub.

    Məhz bu dəyərlərə söykənərək Azərbaycan xalqı tarixin ağır sınaqlarından çıxmağı bacarıb və öz milli ənənələrini qoruyub saxlamağa müvəffəq olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi