Peşə təmayüllü sinif

    Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov Mərdəkan qəsəbəsində yerləşən 181 nömrəli məktəbdə pilot layihə kimi yaradılan Peşə təmayüllü sinif şagirdlərinin müxtəlif əl işlərinə baxış keçirib. Baxış zamanı aqronomluq profili üzrə mütəxəssis Hicran Kərimova, dərzilik profili üzrə mütəxəssis Gülsara İskəndərova şagirdlərin hazırladıqları əl işləri və onların hazırlanma qaydaları haqqında ətraflı məlumat veriblər. Məktəbin direktoru Pərvanə Məmmədova bildirib ki, layihənin əsas hədəfləri şagirdlərin hərtərəfli formalaşmasını təmin etmək, uşaqlarda yaradıcılıq qabiliyyətini, eləcə də gələcək həyatlarında lazım olacaq sosial vərdişlərin inkişafını dəstəkləməkdir.

    Onu da qeyd edək ki, təhsil ilinin sonunda məzunlar tam orta təhsil haqqında attestatla yanaşı profilləri üzrə oxuduqları ixtisasdan sertifikat əldə edirlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi