Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri tərəfindən tədbir keçirildi

29 may tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri tərəfindən məktəb rəhbərliyi , müəllim və şagirdlərin iştirakı ilə tədbir təşkil olundu.
Tədbirin əsas məqsədi erkən nigahın fəsadları, reproduktiv sağlamlıq, ailə dəyərləri və gənclərin sosial məsuliyyəti kimi mövzularda şagirdləri maarifləndirmək olmuşdur.
Maraqla qarşılanan tədbir interaktiv formada təşkil olundu.Şagirdlərin fəallığını artırmaq məqsədilə video təqdimatlar nümayiş edilərək şagirdlərin sualları cavablandırıldı.