HAQQIMIZDA

Məktəb Qaradağ rayon Qızıldaş qəsəbəsində yerləşir.1961- ci ildə inşa olunaraq istifadəyə verilmişdir. 840 -yerlik məktəb 2 mərtəbəli 3 korpusdan ibarətdir. 2 növbəlidir və 6 günlük iş həftəsi ilə fəaliyyət göstərir. Məktəb şəhid müəllim Azər Namazovun adını daşıyır. 1710- nəfər şagirdin təlim- tərbiyəsi ilə 94 - müəllim məşğul olur. Məktəb 2006 -cı ildə “Heydər Əliyev” fondu tərəfindən təmir olunmuşdur.2007- ci ildə isə fond tərəfindən 3-cü korpus istifadəyə verilmişdir.Məktəb 2018-ci ildə  də “Heydər Əliyev” fondu tərəfindən əsaslı  təmir olunmuşdur. Həyətyanı sahə olduqca böyükdür. Müasir kompyüter kabinetləri şagirdlərin ixtiyarına verilmişdir.Dərslərdə elektron lövhələrdən istifadə olunur.Şagirdlərimiz həm elmi həm də idman sahələrində keçirilən müxtəlif müsabiqələrdə fəal iştirak edirlər. Məktəbin idmançıları müxtəlif ölkələrdə və Avropa Çempionatında layiqli yerlər tutmuşlar.Hər il tədris ilinin sonunda məzunlarımız ən nüfuzlu ali məktəblərə qəbul olunmuşlar

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi