Şagirdlərimiz Qazi Kamil Musavi ilə birlikdə İkinci Fəxri Xiyabanı ziyarət ediblər

Məktəbin təsviri incəsənət müəllimi Sahib Şəmizadənin rəhbərliyi ilə 6–7-ci sinif şagirdləri Vətən müharibəsi qazisi Kamil Musəvi ilə birlikdə İkinci Fəxri Xiyabanı ziyarət ediblər.
Ziyarət zamanı qazi Kamil Musavi şagirdlərə keçdiyi döyüş yolu, iştirak etdiyi əməliyyatlar və qəhrəman silahdaşları barədə ətraflı məlumat verib. Onun danışdıqları şagirdlər tərəfindən böyük maraqla qarşılanıb.
Şagirdlər şəhid məzarlarını ehtiramla ziyarət edərək gül dəstələri düzüb, Azərbaycanın azadlığı uğrunda canından keçmiş qəhrəmanların ruhunu dərin hörmətlə yad ediblər. Ziyarət zamanı şagirdlər vətənə həsr olunmuş şeirlər səsləndirərək şəhidlərimizin xatirəsini anıblar.
Allah bütün şəhidlərimizə rəhmət etsin