2025-ci il ölkəmizdə "Konstitusiya və Suverenlik ili" elan edilmişdir.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən, 2025-ci il ölkəmizdə "Konstitusiya və Suverenlik ili" elan edilmişdir.
Bu sərəncama əsasən, məktəbimizdə tarix üzrə bilik yarışı və rəsm sərgisi təşkil olunmuşdur. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər fəal iştirak ediblər.
Yekunda həm rəsm sərgisinin, həm də bilik yarışının qalibləri müəyyən olunaraq sertifikatlarla mükafatlandırılıb.
Tədbirin ərsəyə gəlməsində əməyi olan təsviri incəsənət və tarix müəllimlərimizə təşəkkür edir, iştirak edən bütün şagirdlərimizə gələcəkdə uğurlar arzu edirik.