Kitab bilik mənbəyidir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022 tarixli F-147 nömrəli əmrini əsas tutaraq 26 aprel tarixində məktəbimizdə Azərbaycan dili və ədəbiyyat müəllimlərinin təşkilatçılığı ilə "oxu günü" tədbiri keçirilib. Tədbirdə məktəbin şagirdləri görkəmli Azərbaycan ədiblərinin obrazlarını və məşhur əsərlərdən personajları canlandırıb, müxtəlif əsərlər əsasında səhnəciklər təqdim olunub.
Tədbirdə məktəblilərin intellektual səviyyəsini yoxlamaq üçün bədii ədəbiyyat sahəsini əhatə edən bilik yarışması da keçirildi və qaliblərə kitablar təqdim olundu.
Tədbirin məqsədi gələcəkdə sağlam, savadlı, mədəni və vətənpərvər nəsillərin yetişməsi üçün şagirdlərimizə kitabları sevdirmək və mütaliə marağı formalaşdırmaqdır.