NAĞILLAR ALƏMİNDƏ BİR GÜN
1967-ci ildən etibarən Uşaq Kitabları üzrə Beynəlxalq Şuranın təşəbbüsü ilə bütün dünyada 2 Aprel Beynəlxalq Uşaq Kitabı Günü kimi qeyd olunur. Məqsəd isə uşaqların intellektual inkişafında kitabın rolunu artırmaq, kitaba sevgi aşılamaq və diqqəti uşaq kitabının nəşrinə yönəltməkdir. XIX-XX əsrlər Azərbaycanda uşaq ədəbiyyatının inkişafı ilə xarakterizə olunub. Beynəlxalq Uşaq Kitabı Günü ölkəmizdə də qeyd olunur.
Həmin tarixdə bizim məktəbimizdə də kitabxananın oxu zalında uşaq kitabları ilə bağlı “Nağıllar aləmində bir gün” adlı geniş tədbir keçirildi. Tədbirdə iştirak edən 1-ci və 3- cü sinif şagirdlərinin ifasında nümayiş etdirilən “Qırmızı papaq”, ”Qoğal “,“Turp”, “Şəngülüm,Şüngülüm və Məngülüm”, “Tıq-tıq xanım” nağılları, Nizami Gəncəvinin əsərlərindən “Kərpickəsən kişinin dastanı” və “Kitabi Dədə Qorqud” dastanından bir parça səhnələşdirilərək tamaşaçılara təqdim olundu. Kiçik yaşlı şagirdlər sevimli nağılların qəhrəmanlrını böyük sevgi və istəklə canlandırdılar. Eyni zamanda balacaların ifa etdikləri rəqslər tədbirə rəng qatdı.Sonda məktəbin direktoru Bayaz xanım Novruzova çıxış edərək belə tədbirlərin şagirdlərin mütaliə vərdişlərinin artırılmasında böyük rol oynadığını vurğuladı və belə maraqlı tədbirin təşkilinə görə kitabxanaçılara,Yusifova Mahirə, Əliyeva Xəyalə, Seyidova Gülmirə müəlliməyə və iştirak edən balacalara öz təşəkkürünü bildirdi.