"Məktəblərdə Naxçıvan ayı" layihəsi

  “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında“ Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2023-cü il tarixli 4248 nömrəli Sərəncamının icrasından irəli gələrək Naxçıvanın geosiyasi mövqeyi, XX əsrin əvvəllərində baş verən siyasi hadisələr, Naxçıvan Muxtar Respublikasının yaradılması, Naxçıvanın qədim tarixi, etimologiyası, mədəni irsi və tarixi abidələri haqqında uşaq və gənclərin maarifləndirilməsi məqsədilə cari ilin dekabr ayı ərzində "Məktəblərdə Naxçıvan ayı” layihəsinin keçirilməsi qeyd olunmuşdur. Bununla əlaqədar məktəb kitabxanasının və Azərbaycan dili və ədəbiyyat müəllimi Nailə Nəbiyevanın rəhbərliyi ilə 5 "H" sinif şagirdləri ilə birgə dəyirmi masa keçirildi. Şagirdlərə Naxçıvanın ictimai-siyasi xadimləri, yazıçı və şairləri barədə məlumat verildi, eyni zamanda Naxçıvanın 100 illiyi münasibətilə təşkil olunan sərgidə Naxçıvanın mədəniyyət və adət-ənənləri, qədim tarixi, etimologiyası haqqında yazılmış əsərlər müzakirə olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi