Şagirdlərin təhkükəli və zərərli informasiyadan qorunması
"Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası və ADA Universitetinin tərəfdaşlığı ilə həyata keçirilən “Rəqəmsal cəmiyyətdə uşaqların zərərli və təhlükəli informasiyadan qorunması” layihəsi çərçivəsində məktəbdə şagirdlər və onların valideynlərinin iştirakı ilə keçirilən görüşdə rəqəmsal mühitdə mövcud risklər, uşaqların hüquqlarının qorunması və təhlükəsizlik tədbirləri ilə bağlı vacib məlumatlar verilib, iştirakçıların sualları cavablandırılıb. Layihənin keçirilməsində məqsəd şagirdlər və valideynləri rəqəmsal texnologiya və resurslardan düzgün və təhlükəsiz istifadə qaydaları haqqında maarifləndirmək və onların hüquqlarının qorunmasını təmin etməkdir.