Fərqlənmə attestatları təqdim olunub.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
N3-29-59/3-2-323F/2024 10.07.2024 tarixli əmrinə əsasən Ümumi və tam orta təhsil səviyyəsini xüsusi nailiyyətlərlə başa vuran şagird və məzunlara fərqlənmə attestatı verilib.
1) 9A sinif şagirdi Abbasova Malikə Fuad qızı
2) 9A sinif şagirdi Quliyeva Ayan Rövşən qızı,
3) 9B sinif şagirdi Əşrəfli Zəhra Elnur qızı,
4) 9B sinif şagirdi Həsənzadə Nuray Əhməd qızı,
5) 9C sinif şagirdi Osmanzadə Zeynəb sim qızı,
6) 9P sinif şagirdi Nağıyev Nail Rövşən oğlu
7) 9E sinif şagirdi Xurşudov Rəvan Ruslan oğlu məktəb rəhbəri Həqiqət Bayramova tərəfindən fərqlənmə attestatı ilə təltif edilib. Qeyd edək ki, ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatları ümumi orta və ya tam orta təhsil səviyyəsində oxuduğu müddətdə nümunəvi davranışı ilə fərqlənən, bütün fənlərdən attestata yazılan illik (yekun) qiymətləri 5 (beş) olan, ümumi orta təhsil səviyyəsində buraxılış imtahanlarında hər bir fənn üzrə ən azı 75 (yetmiş beş) bal toplayan, tam orta təhsil səviyyəsində buraxılış imtahanlarında hər bir fənn üzrə 5 (beş) qiymət alan və ən azı 75 (yetmiş beş) bal toplayan məzunlara verilir.