4- cü sinif şagirdlərinin buraxılış tədbiri

"İnsan Hüquqları Aylığı" çərçivəsində məktəbin ibtidai sinif müəllimi Səbinə Hacıyevanın rəhbərlik etdiyi 4 "R" sinfində şagirdlərinin ibtidai sinfi başa vurması münasibətilə tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllim və valideynlər iştirak edib. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən məktəbin direktoru Həqiqət Bayramova şagirdləri ümumi təhsilin birinci pilləsi olan ibtidai sinfi uğurla başa vurmaları münasibətilə təbrik edərək onlara gələcək təhsil həyatlarında da müvəffəqiyyət arzulayıb. Şagirdlər müəllimə, təbiətə, sülhə həsr edilən şeirlər söyləyib, səhnəciklər canlandırıb, bir-birindən gözəl milli və əcnəbi rəqs nümunələri nümayiş etdiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi